"Cinsini dəyişdi, indi o nazirliklərdən birində işləyir" - PAPADAN ŞOK AÇIQLAMA
Bir gün mənə məktub yazaraq, görüşməyimizi istəmişdi. Axar.az xəbər verir ki, bu sözləri xristian dünyasının dini lideri Papa Fransisk cinsi azlıqlara münasibət bildirərkən deyib. O, cinsi azlığın cəmiyyət tərəfindən qəbul edilməsinin vacib olduğunu deyib:
“Onlara yoldaşılıq etdim və onları Tanrıya yaxınlaşdırdım. Bəziləri bunu edə bilmir. İnsanlarla, İsanın etdiyi kimi, yoldaşlıq etmək lazımdır. Bu cür insanlar İsanın hüzuruna gedəndə, o, “Rədd ol get, sən homoseksualsan”, deməzdi.
Qadın olduğu halda özünü kişi kimi hiss edən bir ispan sirrini anasına açıb, əməliyyat olunmasını istəyir. Ancaq anası buna etiraz edir, “nə qədər ki, sağam, əməliyyat etdirmə, mən öləndən sonra edərsən”, - deyir. Çox keçmir, qızın anası vəfat edir. Daha sonra bu qız əməliyyatla cinsini dəyişdirir. İndi ispaniyada nazirliklərdən birində çalışır. Oradakı yepiskop ona çox kömək edib. Bu adam indi evlidir.
O, bir gün mənə məktub yazaraq, görüşməyimizi istəmişdi. Mən də onu və həyat yoldaşını qəbul etdim. Məhəllələrindəki katolik dindar isə ona, “cəhənnəmə gedəcəksən”, demişdi. Bu həyatdır. Bəzi şeyləri olduğu kimi qəbul etmək lazımdır”.
322 dəfə oxundu