Rusiya ilə anlaşdı deyə Avropa Birliyi borcunu tələb edir

Rusiya ilə anlaşdı deyə Avropa Birliyi borcunu tələb edir

Avropa Birliyinin növbədənkənar təcili sammiti keçirləcək. Strateq.az Bloomberq Agentliyinə istinadən bildirir ki, təcili toplanıtını Avropa Şurasının sədri Donald Tusk çağırıb. 22 iyunda Brüsseldə başlanacaq sammitdə Yunanıstanla bağlı məsələ müzakirəyə çıxarılacaq. Bu sammiti zəruri edən amil Avropa ölkələrinin maliyyə nazirlərinin Luksemburda keçirdikləri görüşün nəticəsiz qalması olub.

“Yunanıstanla bağlı məsələnin təcili olaraq ən yüksək siyasi səvviyədə müzakirə etmək zamanı çatıb”-deyə Tusk bildirib. Sammit Avropa vaxtı ilə axşam saat 7-də (Bakı vaxtilə saat 22.00) başlanacaq.

Maliyyə nazirlərinin 4 saatlıq Lüksemburq görüşü heç bir nəticə verməyib. Tərəflər Yunanıstanın düşdüyü dalandan çıxaması üçün heç bir yol tapa bilməyib. Əgər Yunanıstan iyunun 30-dək Beynəlxaq Valyuta Fondunun 1,5 milyard avro kreditini ödəməsə ölkəni defolt təhlükəsi gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...