Bakıda yağış suları avtomobillərə doldu – əsas prospektlərdən biri bağlandı

Bakıda yağış suları avtomobillərə doldu –


Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb. GUNDEMİNFO.AZ-ın APA-ya istinadən məlumatına görə, buna aramsız yağan yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya Z. Bünyadov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması xəbərini təsdiqləyiblər. Bildirilib ki, hava şəraiti ilə əlaqədar Z. Bünyadov prospektinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə prospektdə hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Hazırda aidiyyəti qurumlar nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər görür.

Agentlikdən həmçinin bildirilib ki, həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Sosial şəbəkələrdə Bakıya yağan intensiv yağışların fəsadları ilə bağlı görüntülər yayılır.

Görüntülərdən aydın olduğu kimi, yağış suları sürücüləri çıxılmaz vəziyyətdə qoyub.Hətta bəzi sərnişin avtobuslarının içərisinə su dolduğunu da videodan müşahidə etmək olar. Həmin görüntüləri təqdim edirik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...