ABŞ-dakı Gülən məktəbləri də bağlandı

ABŞ-dakı Gülən məktəbləri də bağlandı

ABŞ-da FETÖ ilə əlaqəli olduğu iddia edilən məktəblər bağlanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Los-Anceles şəhərində fəaliyyət göstərən 3 Maqnoliya məktəbi şəhər Təhsil Heyətinin qərarına əsasən bağlanıb. Belə ki, Los-Anceles Təhsil Heyəti məktəblərin müqaviləsinin dayandırılmasına qərar verib. Hər 3 məktəbin müqaviləsini yeniləmək üçün 2017-ci il iyulun 1-nə qədər vaxt verilib.

Bildirilir ki, bu müddət ərzində məktəblər maliyyə hesabatına dair meyarları yerinə yetirməsələr, fəaliyyətləri birdəfəlik dayandırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
273 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...