Qızını efirdə görən xalq artisti əsəbiləşdi: "Yenə var nəsə?" (VİDEO)

Qızını efirdə görən xalq artisti əsəbiləşdi:



"Kadrlardan görünür ki, qızım şoka düşüb"


ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan xalq artisti Ənvər Sadıqov maraqlı açıqlamalar verib.

Sevilən sənətçi "Təəssürat" adlı musiqi əsəri haqqında danışıb:
"Müəllifi konsertə görə gizli saxlamışdıq. Evdə bilmirdilər. Çünki bu əsəri mənim qızım yazıb. 4-5 ilin işidir və o zaman qızım 9-cu sinifdə oxuyurdu. Bundan əlavə o başqa əsərlər də yazmışdı. Heyf ki, o bəstəkar olmaq istəmədi. Konsertdə ifa etmək istəyirdim, amma çətin gəldiyi üçün risk etmirdim. Sonra Emilə göstərdim və fikrin almaq istədim. O da müsbət fikrlər dedikdən sonra ağlıma batdı. Yenidən aranjıman edib hazırladıq əsəri. Sonra qızıma sürpriz edib ifa etdik. Kadrlardan da görünür ki, qızım şoka düşüb".

Daha sonra Ənvər Sadıqovun qızı Tamilla xanım studiyaya dəvət olunub. Qızının studiyaya gəlişi Ənvər Sadıqov üçün sürpriz olub. Xalq artistinin mimikalarından əsəbiləşdiyi də hiss olunub.

Tanınmış ifaçının qızı Tamilla xanım isə bunları söyləyib:
"Atamın ifasını bəyəndim. Konsertdən təəssüratlarımı danışası olsam, çox şok oldum. Əvvəlcə elə bildim hansısa məşhur bəstəkarın əsəridir. Sonradan bildim ki, mənimdir. Şoka düşdüm, çox sevindim".





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
392 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...