Bakıda eyvan uçdu - FOTOLAR

Bakıda eyvan uçdu -


Sakinlərin sözlərinə görə, uçqun olan bina köhnə olduğundan bundan öncə də belə hadisələr baş verib. Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən yaşayış binasında uçqun olub. AzVision.az-ın məlumatına görə, binanın 3-cü mərtəbəsində balkon uçub. Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşını cəlb edilib.

FHN əməkdaşlarının AzVision.az-a verdiyi məlumata görə, aramsız yağışlar nəticəsində binanın 3-cü mərtəbəsindəki balkonun beton piltələri su çəkib və nəticədə çöküb. Eyni zamanda binanın 2-ci mərtəbəsindəki balkona ciddi ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sakinlərin sözlərinə görə, uçqun olan bina köhnə olduğundan bundan öncə də belə hadisələr baş verib.


Bakıda eyvan uçdu -
Bakıda eyvan uçdu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...