Prezidentin sökdürdüyü qanunsuz villalardan daha birinin sahibi tapıldı – MAHİR MİRZƏYEV

Prezidentin sökdürdüyü qanunsuz villalardan daha birinin sahibi tapıldı –

Bir ay öncə Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında Prezident İlham Əliyev bildirdi ki, bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər: “Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, “Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün.

Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz “Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər – ilk növbədə onlar nümunə olmalıdırlar”

Dövlət başçısının qanunsuz tikilən vilalarla bağlı çıxışındna sonra bakı şəhər icra başçısı Hacıbala Abutalıbov “Dostluq” parkı ərazisindəki həmin tikililəri sökdürdü. Qanunsuz villaların sökülməsindən sonra hüquq mühafizə orqanları bu villaların tikintisini təşkil edənlərlə bağlı ciddi şəkildə araşdırma apardığı ortaya çıxdı. Belə ki, 1 həftə öncə hüquq muhafizə orqanları “Dostluq” parkında villa tikintisi işi ilə bağlı iş adamı deyilən Tərlan Hüseynovu həbs etdi. Həmin iş adamı haqqında məhkəmə qərarı ilə 4 ay həbs qəti imkan tədbiri seçilib. “Dostluq” parkındakı qanunsuz vilalarla bağlı isə mətbuatın araşdırması davam edir.

AzFakt.com-a özəl mənbələrdən daxil olan məlumata görə Səbail rayonu “Dostluq” parkı ərazisinin bir hissəsində qanunsuz tikilən villalardan biri Yardımlı rayon icra başçısının müavini Mahir Mirzəyevə məxsus olub. Məlumatlı mənbə bildirir ki, icra başçısı müavinin villası yarımçıq vəziyyətdə imiş. Həmin ərazinin alınması üçün Mahir Mirzəyevin 600 min manatdan çox xərci çıxdığı deyilir. İnformasiya mənbəmiz qeyd edir ki, icra başçısının ümavini “Dostluq” parkındakı villa torpağının yerini 4 il bundan qabaq alıb. Həmin ərazidə 1 sot torpaq sahəsinin qiyməti təxminən 80-120 min manat arası olduğu deyilir. Mahir Mirzəyevin gələcəkdə tikiləcək villa torpağının ərazisi isə 8 sot olduğu deyilir. İcra başçısı müavini ərazidəki torpaqda villasının tikintisinə keçən il başlasada müəyyən səbələrdən yarımçıq qalıb. Yarımçıq tikinti üçün isə Mahir Mirzəyevin təxminən 100-150 min manat xərc çəkdiyi iddia olunur. Dövlət başçısının qanunsuz tikililərə sərt münasibətindən sonra isə Mahir Mirzəyevin “gəmilərinin” batdığı bildirilir. İcra başçısının müavini bütün cəhdlə “Dostluq” parkındakı yarımçıq villanın ona məxsus olmadığını inkar etməyə çalışır. Amma “Mahir Mirzəyevin ətrafındakı xeyli şəxs və hüquq bu işlə araşdırma aparan hüquq mühafizə orqanları yarımçıq villanın məhz Yardımlı rayon icra başçısının müavini Mahir Mirzəyevə məxsus olduğunu yaxşı bilirlər” deyə iddia etdi. Məsələ ilə bağlı dəfələrlə Yardımlı rayon icra hakimiyyəti ilə əlaqə saxlamğa çalışsaqda, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...