“Palmali” müflisləşir?

Dünyanı ağuşuna alan maliyyə böhranı Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupundan da yan ötməyib. Ötən ildən müəyyən çətinliklər yaşayan Mübariz Mənsimovun şirkətində böhran pik həddə çatıb.
Femida.az xəbər verir ki, “Palmali”nin Bakı ofisindən Pia.az-a məlumat verən mənbə bildirib ki, son 3 ayda şirkətdə ciddi maliyyə problemləri yaşanır. Bunun nəticəsidir ki, şirkətin sponsorluq etdiyi “Xəzər Lənkəran” klubunda 3 aydır nə futbolçulara, nə də məşqçi və teхniki heyətə maaş verilmir. Hətta “Palmali” reklam müqaviləsi bağladığı mətbuat orqanları qarşısındakı öhdəliklərini də 3 aydan artıqdır ki, yerinə yetirə bilmir. Bu da təbii ki, klubda və mətbuatda ciddi narazılıqlara səbəb olub.
Klub və mətbuatla yanaşı, “Palmali”nin Bakı ofisinin əməkdaşlarının maaşlarında da problemlər yaranıb. Burdakı rəhbərlik işçiləri “İstanbuldan tezliklə pul gələcək” vədi ilə aldararaq, sakitləşdirməyə çalışır. Amma hələ ki, gözlənilən pul gəlib çıхmayıb.
Mənbə həmçinin qeyd edir ki, “Palmali”nin Azərbaycanla yanaşı, Türkiyə və digər ölkələrindəki ofislərində də ciddi maliyyə problemləri var. Bunun nə vaхt düzələcəyi də bəlli deyil./dia.az/
Məsələ ilə bağlı Palmali” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqəlar şöbəsinin müdiri Fidan Quliyeva ilə əlaqə saxlamaq istəsək də alınmadı
396 dəfə oxundu