İrəvanda aksiya davam edir: Polis rəisi etirazçılarla danışıqlara başladı - Canlı yayım

İrəvanda aksiya davam edir: Polis rəisi etirazçılarla danışıqlara başladı -

İrəvanda keçirilən oturaq etiraz aksiyası səngimək bilmir.

GUNDEMİNFO.AZ anspress-ə istinadən xəbər verir ki, İrəvanın Baqramyan prospektində elektrik enerjisi tariflərinin artırılmasına qarşı keçirilən genişmiqyaslı etiraz aksiyası davam edir. Bu barədə “NEWS.am” xəbər yayıb. Xəbərdə bildirilir ki, Ermənistanın polis rəisi Vladimir Qasparyan da mitinqin keçirildiyi yerə gəlib. Onun polis işçiləri ilə müəyyən danışıqlar keçirdiyi vurğulanır.

Bundan əvvəl isə polis rəisi müavini Unan Poqosyan evrdiyi açıqlamada mitinqin sülh xarakteri daşıdığını və iştirakçılara qarşı heç bir güc tətbiq edilməyəcəyini bəyan edib.

Xatırladaq ki, Ermənistandakı bu etiraz dalğası iyunun 19-da İrəvanın mərkəzində başlayıb. Buna səbəb isə elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar olub. Bir neçə gündə davam edən mitinq zamanı 235-dən çox iştirakçı tutularaq polis bölməsinə aparılıb, 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...