Avropa Oyunlarından sonra əfv olacaqmı?

Avropa Oyunlarından sonra əfv olacaqmı?

Çingiz Qənizadə: "Ölkə prezidenti istədiyi vaxt amnistiya aktını tətbiq edə bilər". "Azərbaycan prezidenti nəinki Avropa Oyunları vaxtı, istədiyi vaxt amnistiya aktını tətbiq edə bilər. Biz deyə bilmərik Avropa Oyunlarından sonra ölkə prezidenti bunu verəcək, ya yox. Çünki hüquq onundur."

GUNDEMİNFO.AZ-ın ans-ə istinadən məlumatına görə, bunu Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, eləcə də İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Çingiz Qənizadə deyib. O, "bu il mayın əvvəlindən hüquq müdafiəçiləri əfv sərəncamı veriləcəyini bildirsələr də, bu, baş vermədi. Avropa Oyunlarından sonra əfv sərəncamı ola bilərmi" sualına cavabında bildirib ki, əvvəl əfv gözlənilmirdi: "Mənim bəzi dostlarım, hüquq müdafiəçiləri mətbuata informasiya buraxmışdılar ki, əfv olacaq".

Ç.Qənizadə hüquq müdafiəçisi kimi, həmişə əfv fərmanının tərəfdarı olduğunu söyləyib: "Yaxın vaxtlarda belə addım atılacaqsa, biz onu alqışlayacağıq."


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
314 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...