“Böhran Akif Çovdarovun istixana kompleksini də “vurdu”

“Böhran Akif Çovdarovun istixana kompleksini də “vurdu”


Hazırda məhkəməsi gedən MTN generalı Akif Çovdarovun Masazırdakı istixanası ilə bağlı Moderator.az -a maraqlı informasiya daxil olub.

Etibarlı mənbədən daxil olan məlumata görə, Tarif Şurasının qərarı ilə qazın qiymətinin kəskin şəkildə qalxması hər ay qaz sərfinə görə, xeyli miqdarda pul ödəyən istixana rəhbərliyinin maddi durumunu ağırlaşdırıb. Odur ki, istixana rəhbərliyi mövcud vəziyyətdən çıxmaq üçün maraqlı üsula əl atıb. Belə ki, bütün istixana işçilərinin əmək haqqı əhəmiyyətli dərəcədə azaldılıb. İşçilərə bildirilib ki, bu azalma qaz sərfinə görə ödənişlərin artması ilə bağlıdır və “nə qədər ki, vəziyyət düzəlməyib, əmək haqları əvvəlki səviyyəyə yüksəlməyəcək”.

Məlumat üçün qeyd edək ki, A.Çovdarovun Masazıdakı istixanası hələ də generalın mülkiyyətində olan obyektlərdən biri hesab olunur və bu obyektin üzərinə həbs qoyulmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...