Keçmiş dustağın dərəyə aşırdığı marşrut xəttinin sahibi və istiqaməti dəyişdi

Keçmiş dustağın dərəyə aşırdığı marşrut xəttinin sahibi və istiqaməti dəyişdi

Yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərimizə “BakuBus” MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, hərəkət sxeminə əsasən 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi “Məktəb” küçəsindən deyil, E.Qasımov küçəsindən “Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər.

“Belə ki, “Məktəb” küçəsi istiqamətində avtomobil yolu “BakuBus” MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir. “Məktəb” küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb”, - deyə məlumatda vurğulanıb.


Onu da əlavə edək ki, Bakı Nəqliyyat Agentliyi ötən şənbə günü Zığ şossesində 175 saylı xətt üzrə hərəkət edən avtobusun sürücülük vəsiqəsi olmayan və ağır cinayət əməlinə görə məhkum edilmiş şəxs tərəfindən dərəyə aşırılmasına görə həmin xətti sahibindən alınması barədə xəbər yaymışdı. Agentlikdən yayılan açıqlamada deyilirdi ki, həmin xətt bundan sonra “BakuBus” MMC sərnişindaşıma şirkətinin sərəncamında olacaq.

“Bu il yanvarın 6-da xeyli sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib”-açıqlamada bildirilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...