Ərdoğan "balkon çıxışı" edir - CANLI YAYIM

Ərdoğan "balkon çıxışı" edir -

Prezident Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə AKP qərargahına gəlib. Musavat.com-un məlumatına görə, Ərdoğan burada alqışlarla qarşılanıb.

Ərdoğan qərargah qarşısına toplaşan vətəndaşlara xitab edərək "balkon çıxışı" edib: “Ekran qarşısında bizi izləyən və buraya toplanan əziz millətim, sizi salamlayıram. Bizi iqtidara gətirdiniz, dayanmadınız, birlikdə mübarizə apardıq, xainlərə birlikdə qarşı qoyduq. Xainlərin dərsini birlikdə verdik. 15 iyul çevrilişə cəhd olunan gündə burada idiniz, Parlament bombalananda burada idiniz. Xəyanət çetəsinə qarşı birlikdə mübarizə apardıq. Bu seçkinin qalibi demokratiyadır. Bu seçkinin qalibi 81 milyon vətəndaşımızın hər bir fərdidir. Siz tarix yazırsınız”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...