Polis gücləndirilmiş rejimdə işləyəcək - Nazirdən ƏMR

Polis gücləndirilmiş rejimdə işləyəcək -

Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədilə əmr imzalayıb.

Əmrə əsasən, avqustun 22-dən 24-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...