Prezident və ailəsi cüdo üzrə dünya çempionatının - Açılışında

Prezident və ailəsi cüdo üzrə dünya çempionatının -

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir. Gundeminfo.az AzərTac-a istinadən xəbər verir ki, mərasimdə prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Əvvəlcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olunub.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer mərasimdə çıxış ediblər. Prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...