Razim Məmmədovun "JEK" işçiləri yaşayış binalarının işığını da kəsir

Razim Məmmədovun "JEK" işçiləri yaşayış binalarının işığını da kəsir

Xətai MKTB-nin 89 saylı mənzil-kommunal istismar sahəsinin işçiləri Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 146/164-ünvanında yaşayış binasını elektrik enerjisi ilə təmin edən elektrik xəttini kəsib.

Gundeminfo.az yazır ki, bu barədə bizimyol.info-ya sakinlərdən biri bildirib.

O deyib ki, mənzil-kommunal istismar sahəsinin işçiləri yaşayış binasına gələrək sakinlərdən eyvanlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb ediblər. Sakinlərin bəziləri mənzilin qapısını açmadığına görə, mənzil-kommunal istismar sahəsinin işçiləri elektrik xəttini kəsərək ərazidən uzaqlaşıblar.

Sakinlərin müraciəti əsasında müvafiq qurum yaşayış binasına elektrik enerjisinin təminatı tam bərpa olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...