Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi - VİDEO

Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi -

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Gedim bir az ağlayım” adlı məşhur şeirinə mahnı bəstələnib. Modern.az saytının məlumatına görə, bu günlərdə mahnının səsləndirildiyi ATV-nin “Şou ATV” verilişində kövrək anlar yaşanıb. Xalq artisti Gülyanaq Məmmədovanın Xalq artisti Nurəddin Mehdixanlıyla birgə ifa etdikləri mahnı studiyada oturanları da kövrəldib və sonda alqışlarla qarşılanıb.

İfa bitəndən sonra verilişin aparıcısı Nanə Ağamalıyeva “Gedim bir az ağlayım” adlı mahnının sözlərinin Leyla Əliyevaya, musiqisinin isə Ruslan Səfəroğluya məxsus olduğunu elan edib.

Xatırladaq ki, Leyla xanımın “Gedim bir az ağlayım” şeiri ilk dəfə bir neçə il öncə Modern.az saytında (yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlunun tərcüməsində) işıq üzü görüb.


GEDİM BİR AZ AĞLAYIM

Gedim bir az ağlayım,
elə-belə... astaca.
Ürəyimi gizlədim
yastığımın altında.
Pəncərəni açaraq
kövrəlmiş ürəyimi
bəlkə həyətə atım?!
Həyatın ağuşuna...
Yox, yaxşısı budur ki,
gedim bir az ağlayım,
elə-belə... astaca.

Kimsə duyuq düşməsin
kədərimdən, qəmimdən,
Durub yol alım bağa –
astaca ağlamağa...
Götürüm ürəyimi
atım coşan ümmana –
dalğaların qoynuna.
Heç dinə də bilməsin –
“Niyə sığmır sinəmə?”
Gah tufan, gah da rüzgar
apardıqca uzağa...

Yox! Yaxşısı budur ki,
qoy dirrikdə basdırım,
dirilib çiçək olsun.
Ya da ki, bala tutum,
acısın unutdurum.
Özümü aldatsam da,
qoy ruhu ovundurum,
acısın unutdurum...

Ya dostları çağırım
axşam vaxtı mən şama –
şərab içək doyunca.
Könlümü də versinlər
büllur qabda ortaya.
Dostlar ondan dadsınlar,
dadıb, gəlsinlər cana.

Budur, orda uşaqlar
Atılırlar-düşürlər.
Bəlkə topları yoxdu? –
Qoy verim ürəyimi
qovsunlar yorulunca...

Yox!
Artıq kədərlənmək yox!
Ürəyin dediyiylə
oturmaq yox, durmaq yox!
Atım onu bazarda,
ya da sizə verəcəm,
elə-belə, bədava...

Gecənin sükutunda
ürəyimlə tənhayam.
Yağış yağır, islanır,
çətir tutmuram ona.
Qoy incisin...
Nə qədər
oyun açıb başıma...

Hərdən üsyana qalxıb
həm Günəşə, həm Aya,
Hayqırıram: “Götürün,
verdim onu Allaha!”
Amma qərar vermədim,
neyçin qərar vermədim,
Bu geniş ürəyimi
sənə bağışlamağa?..

Rus dilindən çevirəni: Mahir Qabiloğlu





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...