"Zelenskini tanıyıram. Biz tanışıq" - Tahir İmanov

"Zelenskini tanıyıram. Biz tanışıq" -
Ukraynanın prezident seçkilərində qalib olan “KVN”-çi Vladimir Zelenski Azərbaycanın "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri Tahir İmanovla tanışdır.

Bu barədə Kulis.aza Tahir İmanovun özü məlumat verib. “Zelenskini tanıyıram. Biz tanışıq. Elə yaxın münasibətimiz olmasa da festivallarda qarşılaşmışıq. Onlar “KVN”-ə bizdən sonra gəlmişdilər. Yaşça balacaydılar”. – deyə Tahir İmanov bildirib. Həmkarının seçkilərdə qalib olması ilə bağlı təəssüratını bölüşən T.İmanov hələ ki bu barədə geniş danışmaq istəmədiyini söyləyib: “Nəticələr rəsmi təqsdiqlənməmiş heç nə demək istəmirəm.”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...