İki nazirliyin 30 işçisi işdən çıxarıldı

İki nazirliyin 30 işçisi işdən çıxarıldı


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin 30 əməkdaşı vəzifədən azad edilib. Buna səbəb bu əməkdaşların yaş həddinin keçməsidir. ANS PRESS-in məlumatına görə, yaş senzinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27, Gənclər və İdman Nazirliyinin isə 3 əməkdaşı işdən azad olunub. Hər iki nazirlik əmək qanunvericiliyinin tələblərinə ciddi formada əməl etdiklərini bildiriblər. Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 65 yaşa çatan işçinin dövlət müəssisəsində çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər:

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova işçilərin azad edilməsi faktını təsdiqləyib. "Bəli, bizim qurumda işçilər işdən azad olunub, bu da onların yaş senzi ilə əlaqədardır. Onların yerinə dövlət qulluğu üzrə komissiyasında vakansiya elan olunacaq və həmin yerlərə yeni işçilər qəbul ediləcək. Artıq Göyçay və Mingəçevir rayonları üzrə vakansiya elan edilib.Şabran rayonu üzrə vakansiya isə yaxın günlərdə elan ediləcək." Faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İrada İbrahimova da faktı təsdiqlədi.

Analoji hadisə bu ilin noyavbrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 19 əməkdaşı yaş həddinə görə işdən azad olunması ilə yadda qalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevin ANS PRESS-ə verdiyi məlumata görə, həmin şəxslərin yaşları 65-i keçdiyi üçün işdən azad ediliblər.

Elman Babayev onu da əlavə edib ki, artıq çıxarılan şəxslərin yeni nümayəndələr də təyin olunub. Prezident İlham Əliyev 09.06.2011-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib. Dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyənləşib.

Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin isə çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər.

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...