Rusiyada kütləvi reydlər başladı: miqrantlar da toplanır

Rusiyada kütləvi reydlər başladı: miqrantlar da toplanır
Rusiyada təhlükəsizlik qüvvələri fitnes klublarına basqın etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, polis vətəndaşlığı olmayan kişi ziyarətçilərlə maraqlanır.

Qeyd olunub ki, rusiyalıların da hərbi xidmətdən yayınıb-yayınmaması yoxlanılır:

"Onlar Rusiyanın vətəndaşı olmayanları xuliqanlıqda və ya miqrasiya qanunvericiliyini pozmaqda ittiham edib, sonra deportasiya olunmalarına çalışırlar. Reydlər Rusiyanın müxtəlif şəhərlərində keçirilir. Xüsusilə, martın 30-da Moskvanın cənub-şərqində yerləşən “Spirit Fitness” klubuna basqın barədə məlumat yayılıb. Daha sonra klubun digər filialında reyd olub. Qadınları sərbəst buraxıb, kişiləri isə yerə uzadıb, sonra etnik zəminə görə ayırıblar. Bundan sonra təhlükəsizlik qüvvələri həmin şəxslərdən pasportlarını tələb ediblər".

Nəşr vurğulayıb ki, Rusiya təhlükəsizlik qüvvələrinin sxemi Rusiya vətəndaşlarını idman klublarından hərbi komissarlığa, əcnəbi əmək miqrantlarını isə sonradan deportasiya olunmaqla xarici vətəndaşlar üçün müvəqqəti saxlama mərkəzlərinə çatdırmaqdır.

Qeyd edək ki, 1 apreldən Rusiyada həqiqi hərbi xidmətə çağırış başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...