Bu gün Ermənistan prezidenti and içəcək - Sərkisyan gedir, Sərkisyan gəlir

Bu gün Ermənistan prezidenti and içəcək -

Aprelin 9-da, yəni bu gün Ermənistanın yeni seçilmiş prezidenti Armen Sərkisyan and içəcək. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, günün ikinci yarısında reallaşacaq mərasimlə bağlı hazırlıq işləri başa çatıb.

Ermənistanın Böyük Britaniyadakı sabiq səfiri və işğalçı ölkənin keçmiş baş naziri mart ayında parlamentdəki səsvermə nəticəsində prezident kürsüsünə yiyələnib. A.Sərkisyan Ermənistan Milli Məclisində çıxış edəndən sonra and içəcək. Bu gün həmçinin Ermənistan son konstitusiya dəyişikliklərinə əsasən, tam şəkildə parlamentli üsul-idarəyə keçdiyini elan edəcək.

9 apreldə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın ikinci dönəm prezidentiliyinin də son günüdür. Bu gün ölkə hökuməti də istefaya gedəcək. Parlamentin hökumətin istefasını qəbul etməsindən sonrakı həftə ərzində səs çoxluğu ilə yeni baş nazir seçiləcək. Güman olunur ki, 17 aprelədək hökumətin formalaşması başa çatsın.

Ancaq yeni prezidentin hazırkı baş nazir Karen Karapetyanla yoluna davam edəcəyi, yoxsa ona prezident kürsüsünü hədiyyə etmiş Serj Sərkisyana etimad göstərəcəyi barədə sualın cavabı hələ ki, yoxdur. Ekspertlər baş nazir olmayacağı təqdirdə S.Sərkisyanın müdafiə naziri postunu ələ keçirəcəyini proqnozlaşdırır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...