Miqrant qətliamı davam edir

Miqrant qətliamı davam edir


Avstraliyalı rəsmilər ölkənin şərqində hərəkətsiz halda tapılan yük maşınının içində 50-yə yaxın miqrantın cəsədinin olduğunu açıqlayıblar.

Verilən açıqlamada yük maşının 7.5 tonluq olduğu bildirilib. Avstraliya Daxili İşlər Nazirliyinin sözçüsü bu olayla bağlı “Təəssüf ki, çox sayda ölü insan vardı” deyib. İlkin ehtimallara görə, yük maşınında olan miqrantlar havasızlıqdan boğularaq, həyatlarını itiriblər. Bu olayın miqrantları qaçaq yollarla daşıyan cinayətkar qruplaşmalar tərəfindən törədilmiş ola biləcəyi də qətiyyən istisna olunmur.

Belə ki, bəzi hallarda həmin cinayətkar qruplaşmalar miqrantlardan pullarını aldıqdan sonra onları mənzil başına çatdırmaq əziyyətindən xilas olmaq üçün qətliamlar törədirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...