Ermənilər Şuşada universitet açır

Ermənilər Şuşada universitet açır


Bu gün Azərbaycanın işğal altında olan torpaqlarında – Şuşa şəhərində Ermənistan Dövlət Aqrar Universitetinin Qarabağ filialının açılış mərasimi keçiriləcək.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma `Dağlıq Qarabağ Respublikası` prezidentinin mətbuat katibi David Babayan bildirib. Babayanın sözlərinə görə, bu filial böyük bir kompleks olacaq: `Bu həm Dağlıq Qarabağın təhsil sistemi, həm də Şuşa şəhərinin inkişafı üçün əlamətdar hadisədir`. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan torpaqları – qondarma “Dağlıq Qarabağ Respublikası`nda səfərdədir.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Serj Sarkisyan 1-2 sentyabr tarixlərində qondarma `Respublika`nıən 24 illiyi əlaqədar tədbirlərə qatılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...