Helmut Şmidt reanimasiyaya yerləşdirilib

Helmut Şmidt reanimasiyaya yerləşdirilib


1974-1982 illər ərzində Almaniyanın kanslerı olmuş Helmut Şmidt Hamburq şəhərinin “Müqəddəs Qeorq” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

“Bild” qəzeti xəbər verir ki, tibb personalı 96 yaşlı sabiq kanslerə sağ ayaq damarlarının kəskin tixanması diaqnozunu qoyublar. H.Şmidtin şəxsi həkiminin sözlərinə görə, vəziyyət çox ciddidir və laxtalanma damarların əksər hissəsini əhatə edir. Xəstəxana həkimləri ayaqda qan dövranını hərəkətə gətirmək baxımından əməliyyat haqda son qərarı şənbə günü verəcəklər. Bu da nəticə verməzsə, onda sabiq kansleri amputasiya gözləyir.

Məlum olub ki, hələ avqust ayinda ürəktutma ilə xəstəxanaya çatdırılan eks-kanslerə sonradan orqanizmində maye çatışmazlığı diaqnozu qoyulub.
/Azertac/


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
920 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...