Rusiyanın məşhur elektron şirkəti rəsmən Azərbaycanda

Rusiyanın məşhur elektron şirkəti rəsmən Azərbaycanda


Rusiyanın “Şvabe” holdinqinin əmtəə nişanı Azərbaycanda qeydiyyatdan keçib. Əmtəə nişanı Azərbaycanda Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatında 16 sinif üzrə kiril və latın əlifbalarında qeydiyyata alınıb.

Holdinqin məlumatında bildirilir ki, onun məhsulları - geodeziya, təbabət, optik və işıq texnikası avadanlıqları dövlət tərəfindən müdafiə ediləcək. “Şvabe” həm də öz brendi altında Azərbaycan ərazisində elmi araşdırmalar, təcrübə-konstruktor işləri aparmaq və sənaye məhsullarını təhlil etmək hüququnu rəsmiləşdirib”,- deyə məlumatda bildirilir.

Bu holdinq Azərbaycana optik cihazlar, geodeziya avadanlıqları və tibb texnikası tədarük edib. “Bizim Azərbaycana tədarük etdiyimiz məhsulların spektri kifayət qədər rəngarəngdir. Müxtəlif illərdə biz Azərbaycana müxtəlif optik cihazalar və geodeziya avadanlıqları tədarük etmişik. Bizim tibb sahəsində sıx və qarşılıqlı faydalı əməkdaşlığımız yaranıb. Ölkə ərazisində əmtəə nişanının qeydiyyatdan keçməsi işgüzar münasibətlərin inkişafında əlamətdar addımdır. Bu, azərbaycanlı tərəfdaşlarımızı qaçaqmal məhsullarından qorumaq imkanı verməklə yanaşı, həm də müxtəlif birgə layihələr reallaşdırmaq üçün zəmin yaradacaq”,- deyə məlumatda holdinqin baş direktorunun satış, xarici iqtisadi fəaliyyət və marketinq üzrə müavini Anatoli Sludnıxa istinadən bildirilib.

“Rostex” dövlət korporasiyasına daxil olan “Şvabe” holdinqi Rusiyanın optik-elektron sahələrinə aid əsas müəssisələri birləşdirir. Holdinqin tərkibinə Rusiyanın regionlarından (Moskva və Moskva vilayəti, Yekaterinburq, Sankt-Peterburq, Kazan, Novosibirsk və digər şəhərlər), eləcə də xaricdən (Çin, Almaniya, İsveçrə, Belarus) 64 təşkilat, o cümlədən elmi-tədqiqat institutları, konstruktor büroları, elmi-istehsalat birlikləri daxildir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1048 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...