Putinin mətbuat katibinin 7 milyon dollarlıq villası

Putinin mətbuat katibinin 7 milyon dollarlıq villası


Kremlin sözçüsü Dmitri Peskov ötən həftələrdə bahalı qol saatı və dəbdəbəli yaxtada keçirdiyi bal ayı ilə gündəmə gəlmişdi. İndi müxalifətçi Aleksey Navalnı onun bahalı villasından danışır. "Azadlıq" radiosunun müxbiri Mayk Ekel yazır ki, Peskov lap bu yaxınlarda qolundakı saatın 600 min dollar olması barədə iddialarla müxalifətin tənqidinə tuş olmuşdu. Saat söhbəti yaddan çıxmamış Kreml sözçüsünün bal ayını bir həftəsinin kirayəsi 350 min avro olan yaxtada keçirdiyi barədə söhbətlər dillərə düşdü.

İndi isə Rusiya müxalifəti prezident Putinin “danışan dili”nin Moskva ətrafında təxmini qiyməti 7,1 milyon dollar olan 780 kvadratmetrlik evindən danışır. Rusiya müxalifətinin lideri və korrupsiya qənimi Aleksey Navalnı sentyabrın 17-də yazdığı bloqa bu dəbdəbəli evin şəkillərini də əlavə edib. Navalnının yazdığına görə, evi Peskovun yenicə evləndiyi fiqurlu konkisürən Tatyana Navka bu günlərdə alıb. Navalnı ehtimal edir ki, evi rəsmən keçmiş olimpiya çempionu alsa da pulu Kreml sözçüsündən çatıb. Müxalifət lideri bunu “hökumət məmurlarının sevimli sxemi” adlandırır.

Peskov hələlik bu iddialara heç bir cavab verməyib, onun təzə xanımı Navka isə “Qovorit Moskva” radiosuna şərh verməkdən imtina etsə də Navalnını “manyak” adlandırmağa macal tapıb. Navalnı və onun müttəfiqləri evin yerini onun fotosundakı geo-tagdən müəyyən ediblər. Fotonun özünü isə İnstagrama Peskovun qızı yükləyib. Bundan sonra hökumətin mülkiyyət fondu qeydiyyatından bu ev üçün pulun Navka tərəfindən ödəndiyi aydın olub.

Öz bloqunda Navalnı Peskovun daim korrupsiyaya ilə mübarizədən dəm vurmasını yada salır. Kremlə öz ittihamları ilə “qan udduran” müxalifətçi Putinin hakim Vahid Rusiya Partiyasını “dələduzlar və oğrular partiyası” adlandırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1071 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...