Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası – Tikintilərinə nə qədər xərc çəkilib?

Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası –
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın (AMB) Bakının Nizami rayonunda tikilməkdə olan yeni inzibati binasının inşasına 631 milyon 231 min manat vəsait sərf olunacaq.
Yeniavaz.com xəbər verir ki, mövcud məzənnə ilə hesablandığı zaman bu məbləğ 371,3 milyon dollara bərabər olur.
Məlumat üçün bildirək ki, bu məbləğ ABŞ Federal Ehtiyat Sisteminin (FED) mərkəzi inzibati binasının inşasına çəkilən xərcdən təxminən 5 dəfəyə yaxın çoxdur.
Qeyd edək ki, FED-in “Ekklsin” adlandırılan inzibati binası 1935-37-ci illərdə inşa olunub. 6 mərtəbəli binanın inşası üçün o dövrdə 3,48 milyon dollar vəsait xərclənib.
Onu da bildirək ki, 1935-ci ildəki 3,48 milyon dollar alıcılıq qabiliyyətinə görə bu gün təxminən 81,3 milyon dollara bərabərdir. Dollar 1935-ci ildən bu günə qədər ildə orta hesabla 3,56% inflyasiyaya mərzu qalıb.
Bu bina 1934-1948-ci illərdə FED-ə rəhbərlik edən Marriner Stoddard Ekklsinin (1890-1977) şərəfinə adlandırılıb. “Ekklsin” binasında ABŞ-nin Mərkəzi Bank sisteminin idarə heyəti fəaliyyət göstərir. Burada ölkənin pul-kredit siyasəti hazırlanır və idarə olunur. Faiz dərəcələri ilə bağlı qərarlar qəbul olunur. ABŞ iqtisadiyyatının sabitliyi və inkişafı ilə bağlı əsas strategiyalar formalaşdırılır.
Sadə dillə desək, “Ekklsin” binası ABŞ-nin iqtisadiyyatının “döyünən ürəyidir”. Buradakı qərarlar təkcə ABŞ-ni deyil, dünyanı da iqtisadi cəhətdən təsirləndirə bilir.
ABŞ Mərkəzi Bankının (FED) inzibati binası ilə bağlı əsas məlumatlar aşağıdakı kimidir:
Tikildiyi il – 1935-1937-ci illər
Çəkilən xərc – 3,48 milyon dollar (2025-ci ildəki dəyəri 81,3 milyon dollar)
Hündürlüyü – 26 metr
Mərtəbələrin sayı – 6
Sahəsi – 21 693 kv. metr

Azərbaycan Mərkəzi Bankını inzibati binası ilə bağlı əsas məlumatlar aşağıdakı kimidir:
Tikildiyi il – 2021-ci il – davam edir
Çəkilən xərc – 371,3 milyon dollar
Hündürlüyü – 163,8 metr
Mərtəbələrin sayı – 37
Sahəsi – 35 737 kv. metr



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...