“Milli Şura mitinq keçirməmək üçün bəhanə axtarır”

“Milli Şura mitinq keçirməmək üçün bəhanə axtarır”

“Milli Şura sadəcə olaraq bəhanə axtarır”. Bu fikri Hafta.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib: “Onlar bilirlər ki, mitinq keçirə bilməyəcəklər. Meydana yenə də həmişəki kimi 200-300 nəfər adam gələcək. Buna görə də təklif olunan vaxtla razılaşmırlar. Milli Şuranın mitinq keçirmək niyyəti olmadığı üçün belə bəhanələr ortaya qoyurlar”.

Qeyd edək ki, Milli Şura 3 may tarixində mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdi. BŞİH-dən Milli Şuraya 2 may tarixində mitinq keçirmək icazəsi verildi. Lakin qurum üzvləri 2 may tarixində mitinq keçirməkdən imtina etdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...