SOCAR "Neft daşları"nda 50-60 quyunun qazılmasını planlaşdırır

SOCAR "Neft daşları"nda 50-60 quyunun qazılmasını planlaşdırır

Qarşıdakı illərdə "Neft daşları"nda 50-60 civarında quyu qazılması planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə "Neft Daşları"na təşkil olunmuş media-turda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, "Neft daşları"nda beş meydança-özülün inşası nəzərdə tutulub.
"Neft Daşları" Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70 %-ə qədər olan hissəsi sahilə məhz "Neft Daşlarından ötürülür. Burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə- Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir.“Günəşli” yatağı və “Çiraq-1” platformasında hasil olunan səmt qazının qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsi ilə gerçəkləşdirilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...