Bu məhsulun satışı ƏDV-dən azad olunacaq

2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində ediləcək dəyişikliyə əsasən, quş ətinin satışı 4 il müddətinə ƏDV-dən azad olunacaq.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Axar.az-a bildirilib ki, quş ətinin satışı ilə yanaşı, heyvan ətinin satışı da 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.

Kəsilmiş və dondurulmuş heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinin təqdim edilməsinə ƏDV-dən azadolma şamil olunmur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...