Çin-Avropa marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 5% artıb

Ötən ildə Çin-Avropa-Çin marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 2018-ci illə müqayisədə 5% artıb.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan mediası "Qazaxıstan Dəmir Yolları – Yük daşımaları” şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, 2019-cu ildə Çin-Avropa-Çin marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 3071 ədəd təşkil edib.
Bildirək ki, 2018-ci ildə bu göstərici 2925 ədəd olmuşdu.
O da vurğulanıb ki, 2019-cu ildə qatarların hərəkət sürəti 15% artıb və 1034 km/günə çatıb.
Xatırladaq ki, Çindən Avropaya konteyner qatarları Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiya ərazisindən keçməklə Praqaya (Çexiya) qədər 11,5 min km məsafədə uzanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
194 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...