İradə Gülməmmədova vətəndaşlarla fərdi şəkildə görüşdü

İradə Gülməmmədova vətəndaşlarla  fərdi şəkildə görüşdü

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bir qrup sakinin fərdi şəkildə qəbulunu keçirib.

Gundeminfo.az xəbər verir ki, bu gün rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub.

Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildiriblər.


İradə Gülməmmədova vətəndaşlarla  fərdi şəkildə görüşdü



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...