Azərbaycan Gürcüstandan siqaret idxalını 3 dəfədən çox azaldıb

Bu ilin ilk dörd ayında Azərbaycan Gürcüstandan 201,2 min qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları idxal edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Azərbaycanın qonşu ölkədən tədarük etdiyi tütün məhsullarının ümumi dəyəri 5 132,2 min ABŞ dollarına bərabər olub.
İllik müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan siqaret və tütün məmulatlarının həcmi 3,65 dəfə azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
268 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...