Lukaşenko rus neftini Azərbaycan nefti ilə əvəz edir

Belarus Azərbaycan və Səudiyyə Ərəbistanı ilə neft tədarükü müqaviləsinin imzalaması üçün danışıqlar aparır.

Axar.az xəbər verir ki, bunu “Belneftxim” konserninin rəsmi nümayəndəsi Ruslan Labut deyib.

“Biz alternativ neft tədarükünü dayandırmağa hazırlaşmırıq. Bunun üçün tədbirlər kompleksi hazırlanıb. Bu plana əsasən çalışırıq. Alternativ neftin mütəmadi tədarükü artıq cari ildən başlayır. Planımız uzunmüddətli kontraktların bağlanmasıdır. Uzunmüddətli əməkdaşlıq üçün dialoq tərəfdaşlarımız Azərbaycan və Səudiyyə Ərəbistanıdır”, – deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...