Zəfər Qurbanov ADAU-nu menecerlərlə idarə edir?
Gundeminfo.az-ın redaksiyasına Azərbaycan Dövlət Aqrar Universitetinin rekatoru ilə bağlı tənqidi material daxil olub.
ADAU-nun müəllimlərinin hazırladığı iddia olunan müraciətdə rektor Zəfər Qurbanovun fəaliyyəti ilə bağlı bir sıra iddialar yer alıb.
Müraciət edən müəllimlər iddia edir ki, rektor kadr siyasətinə "ööz üsulları" ilə yanaşır. ADAU-da savadlı kadrların işdən çıxarıldığı, eyni zamanda rektorun saatlarla iclaslar keçirərək özünü təriflədiyi də iddia edilir.
Azərbaycan Prezidentinə ünvanlanan müraciətin bir hissəsi ilə sizləri tanış edirik:
- Cənab Prezident, biz Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti universitetimizdə baş verən özbaşınalıqlarla bağlı Sizə müraciət etmək qərarına gəldik.
Cənab Prezident, insanlar da sanki kitablar kimidir, onların əsl üzünü, üzünə baxınca deyil, zamanla səhifələrini oxuduqca anlamaq olur. Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin olunanda bütün kollektiv elə zənn etdi ki, bu adamın gəlişi aqrar təhsilə böyük təkan verəcək.
Lakin, kitab kimi zamanla səhifələnən Zəfər Qurbanov işlədiyi müddət ərzində aqrar sahədən, eləcə də idarəetmə işindən tam bixəbər olduğunu sübut etdi.
Zəfər Qurbanov Aqrar Universitetə rektor təyinatından bu günə qədər nə düz əməlli bir kadr islahatı aparır, nə universitetin inkişafı üçün bir addım atır, nə də müəllimlərin sosial rifahının yaxşılaşdırılması üçün əmək haqqını qaldırır.
Aqrar təhsil ocağında Zəfər Qurbanovun rektor təyinatından sonra haqsızlıq geniş vüsət almışdır. Zəfər Qurbanov öz yarıtmaz fəaliyyəti, tədrisi məhv etməsi ilə sabiq rektor İbrahim Cəfərovun atasına rəhmət oxutdurur. Aqrar təhsil ocağının tarixi inkişafı məhz elə sabiq rektor İbrahim Cəfərovun dövründə olmuşdur, nəticədə onun rektorluq dönəmində ölkə Prezidenti kimi Siz üç dəfə ADAU-ya rəsmi səfər etmiş, yaranmış şəraitlə yerində tanış olmuş, görülən işlərə böyük qiymət vermişsiniz. ADAU-nun inkişafında həmişə lazımi addımlar atdığınıza görə kollektiv adından Sizə dərindən təşəkkür edirik.
Cənab Prezident, amma indi universitetdə sanki, həyat dayanıb. Zəfər Qurbanov iclasları çox sevir, bütün günü orda-burda yalandan mənasız iclas keçirir, saatlarla davam edən iclaslarda yalnız özü danışır, özünü tərifləyir. Elmi Şurada qərar qəbul edərək, Dünya Bankının xətti ilə tikilən, praktik və əyani tədris vasitəsi olan fermanı tamamilə ləğv etdi. Bu ferma tələbə yataqxanasının yaxınlığında yerləşirdi. Onu tam dağıdaraq dedi ki, Uçxoz var. Uçxozda olan təsərrüfat isə çox uzaqdır, ona görə də ora tələbələr gedə bilmir. Bunlar da tədrisə çox pis təsir göstərir, dünya bankının xətti ilə tikilən bu fermalarda sadəcə idarəçiliyi nizamlamaq lazım idi, lakin Zəfər Qurbanov bunu etmək əvəzinə, bu fermaları tamamilə dağıtdı.
Sabiq rektor İbrahim Cəfərov heyvandarlığın, quşçuluğun, balıqçılığın inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi. Baytarlıqda oxuyan tələbələrə dərsdən sonra aylıq əmək haqqı verərək həm işlədirdi, həm də onları öyrədirdi. Amma indi Zəfər Qurbanov həm maşın-traktor parkını dağıdır, həm heyvanları tamamilə satır, deyir ki, bunları saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir.
Zəfər Qurbanov univrsitet Elmi Şurasında çıxış edərək bildirir ki, mənə kafedraları və diğər strukurları idarə etmək üçün menecer lazımdır. Bu adam başa düşmür ki, menecer sözünün mənası nədir? Ötən il Aqronomluq fakültəsində uzun müddət Elmi-Tədqiqat İnstitutunun direktoru işləmiş, Gəncə Regional Aqrar Elm Mərkəzinin direktoru olmuş, Sizin tərəfinizdən əməyinə "Tərəqqi" medalı verilmiş Həsənəli Aslanovu aşağılayaraq "mənə sənin kimi elmlər doktoru lazım deyil, sən get alimliyinlə məşğul ol, mənə kafedranı idarə etmək üçün menecer lazımdır" dedi. Zəfər Qurbanov yaxşı işləyən, tələbələrin sevimlisi, məsuliyyətli, çox savadlı olan Hümbət Hümbətovu vəzifəsindən, hətta müəllimlikdən belə çıxartdı.
İndi isə Meşəçilik kafedrasının müdiri Vidadi Səmədovu təhqir edir. Vidadi Səmədov o dövrlər ulu öndərimiz Heydər Əliyevin Moskvaya təhsil almağa göndərdiyi gənclərdən olub. Bütün ömrünü elmə həsr edən, təmənnasız, heç bir zaman rüşvət almayan, uzun müddət Aqrar Universitetdə böyük əməyi olan, bir çox Beynəlxalq layihələrdə iştirak edən, uzun müddət Amerikada - Kaliforniyada elmi-tədqiqat işi aparmış, rus və ingilis dillərini çox yüksək səviyyədə bilən , bu dillərdə yüksək səviyyədə dərslər keçən və bu gün də Azərbaycanda bir çox yenilikləri ilə seçilən bir şəxsdir.
Vidadi Səmədovun görkəmli alim Azad Mirzəcanzadə kimi ailəsi belə yoxdur, bütün ömrünü elmə həsr edib. Sabiq rektor İbrahim Cəfərov onun bu qabiliyyətinə, qeyri-adi fəaliyyətinə həmişə yüksək dəyər verirdi, onu kafedra müdiri seçmişdi. Belə bir şəxs bisaavad, aqrar sahədən heç bir xəbəri olmayan, İnam Kərimovun dayağı sayəsində ADAU-da at oynadan Zəfər Qurbanov tərəfindən təhqir olunur, aşağılanır. Universitet Elmi Şurasında Vidadi Səmədov çıxış edərək bildirdi ki, dərslərdə tələbələrlə ciddi məşğul olmaq lazımdır, tələbələrdə motivasiya yaradılmalı, kurs layihələri geniş şəkildə işlənilməli, əyaniliyə üstünlük verilməli, praktiki məşğələlərin keçilməsi üçün müvafiq avadanlıqlar alınmalıdır.
Zəfər Qurbanov buna cavab olaraq bildirdi ki, sən mənə göstəriş vermə, sən kimsən, mən özüm bilirəm ki, nə etmək lazımdır. Sən tələbələrə qarşı çox tələbkarsan, tələbkarlığı azaltmalısan. Sən nə qədər dərsdən danışacaqsan? Yeri gələndə sən auditoriyada tələbələrə nağıl danış, lətifə danış. Elmdən az danış, lətifə danış, qoy tələbələr narazı qalmasın. Belə görünür ki, mənlə səninki tutmayacaq. Mən səni kafedra müdirliyindən çıxaracam.
Zəfər Qurbanov gəldiyi iki ildən artıq müddətə universitetdə heç bir normal kadr islahatı belə apara bilməyib. Bu şəxsin nə aqrar sahədən, nə rektor kimi idarəetmə işindən, nə də elmi-tədqiqat işindən xəbəri yoxdur. Bu adam uzun müddət Həmkarlar Təşkilatında işləmişdir. İdarəetmə təcrübəsinin olmaması səbəbindən ADAU kimi tarixi ənənələrə malik olan bu universitet batıb gedir. Sabiq rektorlar Mirdamət Sadıqovun, İbrahim Cəfərovun dövründə yaradılmış infrastruktur məhv olub gedir, təmir olunmur, təmirə yazılmış pullar tamamilə mənimsənilir.
Professor-müəllim kollektivi arasında özbaşınalıq, anarxiya baş alıb gedir, professorlar dəyərləndirilmir, savadlı və qabiliyyətli adamlar vəzifələrdən tamamilə kənarlaşdırılıb. Universitetdə vəzifələrə savadsız, qabiliyyətsiz, rektora itaət edən şəxslər təyin olunur.
Bu yaxınlarda Heydər Əliyev mərkəzində keçirilən Beynəlxalq elmi konfransda universiteti vaxtı ilə ən qabaqcıl universitetlər siyahısına salmış akademik İbrahim Cəfərov, Fuad Əliyev və digər görkəmli elm adamları dəvət olunmadı.
Gundeminfo.az olaraq bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.
ARDI VAR
710 dəfə oxundu