Əzizov daha bir kadrını yüksək vəzifəyə təyin etdirir

 Əzizov daha bir kadrını yüksək vəzifəyə təyin etdirir
Eldar Əzizov daha bir kadrını yüksək vəzifəyə təyin etdirir

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru Ramsin Abdullayevin yaxın vaxtlarda icra başçısı təyin ediləcəyi bildirilir.

 Əzizov daha bir kadrını yüksək vəzifəyə təyin etdirir

Ramsin Abdullayev

Hurriyyet.az xəbər verir ki, bu barədə azfakt.com-a daxil olan məlumatda iddia edilir ki, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru Ramsin Abdullayev xeyli müddətdir ki, vəzifəyə təyin olunacağı günləri sayır.

BŞİH başçısı Eldar Əzizovun kadrı kimi tanınan Ramsin Abdullayev adı ölkə mətbuatında müxtəlif qalmaqallarda çəkilib. Bir müddət əvvəl mətbuat vasitəsi ilə Ramsin Abdullayevdən Prezident İlham Əliyevə şikayət ünvanlanmışdı. Həmin şikayətdə bildirilrdi ki, Ramsin Abdullayev Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işlədiyi vaxt vətəndaşdan 470 min manat pulunu alıb və qaytarmayıb.

Bildirək ki, Ramsin Abdullayev həmdə sabiq SOCAR prezidenti, hazırda İqsadiyyat nazirinin müavini vəzifəsində işləyən Rövnəq Abdullayyevin yaxın qohumudur

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
257 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...