Yeni Klinikada QHT rəhbərindən külli miqdarda pul istəniliib? VİDEO

Yeni Klinikada QHT rəhbərindən külli miqdarda pul istəniliib?
Avqustun 25-də tanınmış QHT rəhbəri, Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasovanı yolu keçərkən avtomobil vurub. Gundeminfo.az xəbər verir ki, bu barədə QHT rəhbəri öz sosial şəbəkə hesabında video müraciət paylaşıb.

Gundeminfo.az xəbər verir ki, M.Abbasova video müraciətində əvvəlcə Sabunçu Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra isə TƏBİB-in tabeliyində olan Yeni Kliinikaya aparılıb. Sağ ayaq nahiyəsində bir neçə yerdən sınıq və qırılmaların olduğunu deyən QHT rəhbəri əvvəlcə ondan 2 min manat daha sonra isə 2500 manat pul tələəb edildiyini deyib.

İcbari Tibbi Sığorta ilə Yeni Kliinikaya müraciət etsə də, klinikadan bildiriblər ki, sınıq və qırıqlar çox olduğuna görə cərrahi əməliyyat zamanı implant yerləşdirilməsi nəzərdə tutulub. İmplant sayının çox olduğunu əsas gətirən Klinika rəhbərliyi QHT sədrindən külli miqadarda ödəniş edilməsini istəyib.


Məlahət Abbasova video müraciətində vəsaiti tapmaqda çətinlik çəkdiyini, ictimayyətdən düşdüyü vəziyyyətlə bağlı çıxış yolu tapmaqda yardım istəyib.

QHT sədrinin video müraciətini təqdim edirik:

Mövzu ilə bağlı TƏBİB-in də mövqeyini dinləməyə hazırıq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...