Əməkdaşı “Azparking”i ifşa etdi sürücüləri aldadan şəxslərin SİYAHISI

Əməkdaşı “Azparking”i ifşa etdi
“Azparking”un əməkdaşı şirkəti ifşa edib. Anxeber.az bildirir ki, həmin şəxs video çıxışında “Azparkin” rəhbərliyinin sürücülərin başına açdığı oyunlardan danışıb.

Onun sözlərinə görə, vətəndaşlar parklanmanı onlayn şəkildə həyata keçirir, işinin dalınca gedir. Sonra gəlib görür ki, ona cərimə yazılıb və bu zaman haqlı olaraq “Azparkinq”in ərazidəki monitorinq aparan əməkdaşları ilə mübahisə edir.

Video çıxışı zamanı “Azparking” işçisi bildirib ki, burada ciddi qanunsuzluğa yol verilir. Belə ki, avtomobilini onlayn park edən sürücülərin vaxtı bağlanır, sistemdə göstərilmir. Bu zaman ərazidə olan əməkdaşı bunu görmədiyi üçün cərimə yazmaq məcburiyyətində qalır. Nəticədə sürücülərlə şirkətin ərazidəki əməkdaşları arasında söz-söhbət yaranır.

Onun dediyinə görə, bu işin arxasında duran şəxslər var və onlar özlərinin qanunsuz formada auditini yaradıblar. “Azparking” əməkdaşı deyib ki, həmin adamlar Zalış Zeynalov və İlkin adlı şəxslərdir. Onlara təlimat verən isə xidmət rəisi Yalçın Bəşirov və bölgə müdiri Azər Seyfullayevdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
81 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...