Avropa üçün Qarabağ yoxsa demokratiya? - BİZİM ŞƏRH

Avropa üçün Qarabağ yoxsa demokratiya?  -


Neft və müsəlman ölkəsi. Azərbaycan üçün regional reallıqlar heç bir zaman dəyişmədi. İkinci müstəqillikdən sonra da… Bütün reallıqlar yerindədir. Ətrafımızda sarsılmayan, bütün Avropa və ABŞ-ın resurslarını işə saldığı Rusiya və İran. Onların vassalı olan Ermənistan. Və yalnız Türkiyə bizə ətrafımızda kiçik bir çənbərdən dəstək ola bilir. Azərbaycan 4/3 tərəfdən maraqları üst-üstə düşməyən, ərazi iddiaları ilə münaqişədə olan dövlətlərlə həmsərhəddir.

Dünyada düzəni pozulmuş neft və müsəlman ölkələrində yaşananların ilk senarri müəllifi ABŞ və Avropadır. Suriya, İraq, Əfqanistan, Yəmən, hətta Ukrayna da demokratiya istəyən ölkələrdir. Liviyada hələ də bombalar partlayır. Sosial vəziyyət acınacaqldı haldadır. Heç nə dəyişməyib. ABŞ və Avropanın Yaxın Şərqə demokratiya, azadlıq, gözqamaşdıran sosial həyat şəraiti vədləri partlayan bombalar, parçalanmış cəsədlər və dağılmış, viranə qalmış şəhərlərdir. Məhv edilmiş Şərq sivilizasiyası, hörmətdən salınmaqda olan İslam dəyərləridir…

Bu gün Avropa Parlamenti Azərbaycanla bağlı bir qətnamə qəbul edib. Qətnamədə siyasi məhbuslar, demokratiya və azadlıqlardan söz edilir. Ölkələrə çağırış var. Amma bu gün Avropanın sanksiyalardan azad etdiyi İranda hələ də Azərbaycan türkləri dil, mili azadlıqlarına görə asılırlar. Avropa dəyərlərinə hayqırı deyilmi?

Sülhməramlı güc dedikləri silahlıları, qanqsterləri ilə İraq, Suriya, Liviya, Əfqanıstan, Pakistanda həyat daha da pisdir. Demokratiya, həyat tərzi xalqların seçimidir. Hər bir ölkənin vətəndaşları öz həyat şəraitlərini mövqeləri ilə açıq ifadə edirlər. Azərbaycan vətəndaşları illərdir ki, bunu ifadə edirlər. Gəlin etiraf edək ki, 9 milyonluq Azərbaycan xalqının içində bu gün narazılıq edəcək 9 min adam tapıb meydanlara çıxarmaq mümkün deyil!

Deməli, pafossuz, mübaliğəsiz iddia edə bilərik ki, xalq seçimini edib!

Xalq necə yaşamaq istədiyinə qərar verib. Kimsə bundan daha çox heç nə istəmir. Sadəcə bir az daha yaxşı olanını istəyə bilər. Onu da zamanla bu xalqa veriblər, verirlər.

İndi sosial şəbəkələrdə hər kəs azaddır. Aparaq bir monitorinq və baxaq görək 3 milyondan çox azərbaycanlının toplaşdığı bu şəbəkədə nə qədər real insan var ki, onlar narazıdır. Cəmi 2 faiz…

Azərbaycan insanı indi Avropadan gələn, ABŞ-dan eşidilən səslərə o qədər ciddiyə almır. Çünki ortada yuxarıda qeyd etdiyimiz real mənzərələr var. Bizim vətəndaşlar Ukraynaya ən azı turist kimi yollanırlar. Sadə ukraynalı bizim əlimizə, cibimizə baxaraq həsəd aparır. Bakıya gələn qonaqlar küçələrdəki səkilərlə dolaşanda sadəcə heyranlıq ifadə edirlər. Elə avropalı özü də səkidən küçədə şütüyən avtomobillərə baxaraq təəccübünü gizlədə bilmir…

Bu avtomobillərin, bu binaların hamısı 3-5 nəfərin deyil axı. Ədalət naminə, vicdanlı olaq. Axı Azərbaycan vətəndaşları «ağlaya-ağlaya» ayda 5 dənə toya gedib, 250 avro xərcləyir. Kredit verir, avtomobil alır, ev alır, ev satır…

Kimsə düşünməsin ki, ABŞ-da və ya Avropada yoxsul yoxdur. ABŞ-da bir xiyan 4 dollardır. İndi həmin o amerikalı ayda 1000 dollarını ən yaxşı halda azərbaycanlının mədəsiylə bir doyumluq xiyara verər.

Demokratiya, insan haqları deyirlər… Şablon olmasın axı indii elə internetlə Avropada etiraz etmək istəyən insanlara qarşı tətbiq olunan işgəncələri izləmək o qədər də çətin deyil.

İndi dəbdə olan bir söz var. Artıq xalq folkloruna da çevrilib…

Biri deyir ki, «nə problem var»? - heç bir problem yoxdu, problem Qarabağdı ki…

Gerçəkdən də bizim bir problemimiz var QARABAĞ…

Azərbaycanlılar üçün yeyib-içmək, demokratiya və azadlıqlar da problem deyil bəlkə də… Bəlkə də bu problemləri yaradan bir probem var Qarabağ!

Razi ABASBƏYLİ
Xüsusi olaraq GUNDEMİNFO.AZ üçün



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...