"Görün, onları Avropada nələr gözləyir" - İlham Əliyev "facebook"da yazdı

"Görün, onları Avropada nələr gözləyir" -

"Bu gün Yaxın Şərqdən bütün dünyanın gözü qarşısında Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır. O insanlar xarici müdaxilənin qurbanlarıdır." Avropa.info xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi Facebook səhifəsində yazılıb.

Yazıda Yaxın Şərqdə baş verən faciələrdən bəhs olunub, yüz minlərlə insanın öldürülməsi və milyonlarla insanın yaxınlarını itirməsi qeyd edilib: "Onların ölkələri dağıdılıb, yüz minlərlə insan məhv edilib, milyonlarla insan öz yaxınlarını itirib. Bu faciəvi şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Görün, onları Avropada nələr gözləyir - islamofobiya, irqçilik, ksenofobiya! Budurmu Avropa dəyərləri?! Avropa Parlamenti bu məsələlərlə məşğul, olsa daha yaxşı olar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...