Deputatlığa namizədlər Mehdiyevlə görüşüb

Deputatlığa namizədlər Mehdiyevlə görüşüb


Seçkilərə qatılan bəzi partiya sədrlərilə Prezident Adminstrasiyasında söhbətlər aparılır.

GUNDEMINFO.AZ xəbər verir ki, bu haqda Turan məlumat yayıb. Xəbərdə bildirilir ki, verilən xəbərə görə, bu görüşlərə sentybarın 17-dən start verilib. Belə görüşlər Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə və Vəhdət Partiyasının sədri Tahir Kərimovla keçirilib. Mənbə qeyd edir ki, partiya sədrlərini PA-nın rəhbəri Ramiz Mehdiyev şəxsən özü qəbul edib. Partiya sədrlərinə deputat seçildikdən sonrakı “davranışları” ilə bağlı təlimatlar verildiyi iddia edilir.

***

ASDP sədri Araz Əlizadə “Qafqazinfo”ya açıqlamasında PA rəhbəri Ramiz Mehdiyevlə görüşmədiyini bildirib: “Bayaqdan bütün jurnalistlər mənə zəng edirlər. Amma mən görüşməmişəm. Dəvət olsaydı, görüşərdim. O nə Sarkisyan, nə Köçəryan, nə də ki Azərbaycan xalqının düşmənidir. Mən Azərbaycan xalqının övladları ilə həmişə görüşməyə hazıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...