Akif Səlimovun gəlir yerləri… İLGİNC FAKTLAR
Laçın rayonundan GUNDEMİNFO.AZ-a daxil olan ilginc məlumatların ardı arası kəsilmir. Daxil olan informasiyalara əsasən A.Səlimov keçmişdə polisdə işlədiyi metodlara baş vuraraq problemləri həll etmək əvəzinə, ört-basdır edib. Şikayətlərin qarşısını almaq üçün isə təhdid yolunu seçib. Rayonda icra hakimiyyətinin rəhbərliyi altında aparılan əməliyyatlar haqda cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub.
Məlumata əsasən təqribən yarım il əvvəl Laçına yeni başçı təyinatı alan Akif Səlimov yüksək rütbəli məmurlardan birinə rüşvət verərək vəzifə aldığını iddia edir və bunu bütün dost-tanışlarının yanında açıqca söyləyir. Elə bu üzdən də icra başçısı Akif Səlimov rayonun vəzifəli adamlarından külli miqdarda pul tələb edir. Pulu verməyənləri isə işdən azad edərək onların yerinə tələb etdiyi pulu verən şəxsi təyin edir. Bu zaman isə həmin «kadrın» nə qədər peşəkar və savadlı olması icra başçısını qətiyyən maraqlandırmır. Akif Səlimovun fəaliyyətindən ciddi şəkildə narazılıq edən rayon sakinləri bildirir ki, onun kadr siyasəti ümumilikdə, bərbaddır. «Akif Səlimov məktəb direktoru Hüseyn Səfərovu rayonda hamı tərəfindən sələmçi kimi tanınmasına rəğmən, 121 saylı Laçın Dairə Seçki Komissiyasına sədr təyin edib. Onun həyat yoldaşını isə elə keçmiş direktorun yerinə gətirib». Bununla bağlı cumhuriyyet.az-a danışan mənbə icra başçısının bir başqa təyinatının da eyniylə yuxarıda qeyd etdiyi şəxsdən fərqlənmədiyini vurğulayıb.
O qeyd edib ki, Laçın rayonunda alverçi kimi ad çıxarmış və mədəniyyət sahəsindən xəbəri olmayan Yusif Hüseynovu Mədəniyyət və Turizm şöbəsinə müdir təyin edən Akif Səlimovun belə addımlarının artıq zərər verdiyini də deyib. «Qaçqınlara verilən dilənçi payı sayılan yardımı da keçmiş polis dostu Rasim ağaya tapşırıb. Bu adam İcra Hakimiyyətində işləyən səriştəli və nüfuzlu kadrları da oradan uzaqlaşdırıb. Əvəzində isə rayonda tanınmayan, amma çoxlu pulu olan adamları vəzifə başına keçirməyə başladı». İcra başçısının rayonun təhsil və səhiyyə sahələrini iflic vəziyyətinə saldığını iddia edən Laçın sakini qeyd edib ki, hazırda orta məktəb direktorlarından aylıq pul yığılır. «Laçındakı orta məktəblərin direktorlarından hər ay 150-250 manat civarında pul alınır. Mədəniyyət və turizm Şöbəsində çalışanların ümumi sayı 900 nəfərə yaxındır və onların hər birindən ayda 10-20 manat pul alınır. Bəlkə, desinlər ki, Yusif Hüseynov bu pulları icra başçısına verir».
GUNDEMİNFO.AZa daxil olan məlumatlara görə Laçın rayonundakı orta məktəblərdən birində direktor vəzifəsində çalışdığını bildirən mənbəmiz vurğulayır ki, adının açıqlanmasının istəməməsinə səbəb həyatı üçün yarana biləcək təhlükə ilə bağlıdır. «Mən özüm məktəb direktoru işləyirəm. Vəziyyət o həddə çatıb ki, bir parça kağızda hansısa məlumatı Təhsil Şöbəsinə versək, mütləq arasında haqqı olmalıdı. Tədbir deyilən pulyığma kompaniyası bizi ailə-uşaq yanında xəcalətli edib. Xahiş edirə adımı məxfi saxlayın. Yoxsa Akif Səlimov və Malik Vəliyev məni yox etdirərlər». Qeyd edək ki, hələ bir müddət əvvəl də Laçından müraciət edən müəllimlərdən biri bildirmişdi ki, Malik Vəliyev ondan şikayət edənlərin kimliyini müəyyən etdikdən sonra, təkcə işdən çıxarmaqla kifayətlənməyib, həmçinin təzyiqlər göstərir. Bu təzyiqlərin qarşısında duruş gətirməyin mümkünsüz olduğunu bildirən mənbəmiz vurğulamışdı ki, Laçın təhsil şöbəsinin müdiri «zarafatı» Redaksiyamıza daxil olan məlumatda göstərilir ki, Akif Səlimov icra başçısının müavini postunu əvvəllər Laçın rayon sosial müdafiə fondunun sədri işləmiş, külli miqdarda dövlət vəsaitini taladığına görə həbs olunan və bir neçə ildən sonra naməlum şəraitdə həbsdən azad olunan Musa Musayevə vəd verib.
Mənbə iddia edir ki, buna görə başçı Musa Musayevdən 100 min manat alıb. Lakin Musa Musayevi müavin postuna təsdiq etdirə bilmədiyi üçün Yol-İstismar İdarəsinə müdir təyin edib. Təbii ki, Musa Musayevdə bu təyinatdan narazı qalıb. Bundan sonra Akif Səlimov həmin vəzifəyə həmkəndlisi Tofiq Mirzəyevin təyin etdirib. Akif Səlimov digər müavini Bəsti Nəcəflini də heç bir səbəb göstərmədən işdən azad edib. Onun yerinə isə özünün marşrut biznesində ortağı olan ikinci qrup əlil, bir gün belə dövlət işində çalışmayan Babək Aslanovu təyin etməyə cəhd göstərib. Akif Səlimovun bu təqdimatını da Prezident
Adminstrasiyasında təsdiq etməkdən imtina edilib. Lakin Akif Səlimov belə “əvəzolunmaz kadrı” kənarda saxlamamaq üçün özünün əmri ilə onu icra hakimiyyətində təlimatçı təyin edib. Qısa müddətdən sonra isə təlimatçını ctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri və başçının müavini təyin etdirə bilib. Akif Səlimov mötəbər məclislərin birində abzından qaçırıb ki, o buna, PA-nın məsul işçisi Rövşən Ağayevin köməyi ilə nail ola bilib. Yəni faktiki olaraq Babək Aslanovun sənədləri saxtalaşdırılıb. Bundan başqa məlumatda bildirilir ki, təhsil şöbəsinin müdiri Malik Vəliyevi vəzifəsindən uzaqlaşdırmaq istəsə də Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təzyiqindən sonra bu fikrindən daşınıb. Amma ondan tələb olunan pulu ödəmək şərti ilə.
Bildirilir ki, Malik Vəliyev tələb olunan pulun bir hissəsini nəqd olaraq ödəyib. Bir hissəsini isə hər ay müəllimlərinin maaşından tuturaq verəcəyini söz verib. İndii təhsil şöbəsinin müdiri hər bir məktəb direktorundan ayda 300 manat əlavə pul alır. Qeyd olunur ki, qaçqın rayonu olan Laçında 100-dən çox məktəb fəaliyyət göstərir. Məlumata əsasən eyni vəziyyət səhiyyə şöbəsi ilə də təkrarlanıb. Baş həkim Rauf İsfəndiyarov da tələb olunan pulun bir hissəsini başçıya çatdırıb. Digər hisəsini isə hər ay həkimlərin maaşından tuturaq ödəyir. O da qeyd olunur ki, başçı Laçın xəstəxanasında əsas səlahiyyəti poliklinkanın baş həkimi Şakir həkimə verib. Çünki Şakir həkim onun yaxın qohumudur. Rayon mədəniyyət şöbəsinin müdiri İlqar İlyasov isə Akif Səlimovla anlaşa bilmədiyi üçün vəzifəsini itirib.onun yerinə isə pulundan keçməyə razı olan Yusif adlı iş adamı təyin olunub. Bundan əvvəl isə Yusifə müavin postu vəd olunub. Lakin sonda o da Musa Musayev kimi o da arzusunu reallaşdıra bilməyib. Elə bu üzdən də Yusif indi də həyat yoldaşının müavin təyin olunmasını başçıdan tələb edir
865 dəfə oxundu