SOCAR Geofizika və Geologiya İdarəsinin rəisi YAP-la hesablaşmır?

GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən SOCAR Geofizika və Geologiya İdarəsinin rəisi Əfqan Cəfərov 104 saylı Gədəbəy Tovuz seçki dairəsindən deputatlığını bitərəf olaraq öz təşəbbüsü ilə irəli sürüb. DSK-dan saytımıza verilən məlumata əsasən artıq SOCAR-ın idarə rəisi deputatlığa namizəd kimi imza vərəqlərini geri qaytarıb və qeydə alınıb. Maraqlıdır ki, mühim bir dövlət strukturunda olan bir idarə rəisi öz təşəbbüsü ilə hakim Yeni Azərbaycan Partiyasının siyahısında adı olmaya-olmaya namizədliyini irəli sürüb. LİNK BURADA
Bu idarə rəisinin YAP üzvü olub-olmadığı barədə hələ ki, əlimizdə müfəssəl bilgilər yoxdu. Lakin aldığımız məlumata əsasən Əfqan Cəfərovun belə bir addım atmasına səbəb onun deputat olmaq istəyi ilə bağlıdır. Onu da qeyd edək ki, 104 saylı dairədən hazırda YAP-ın siyahısı ilə Rafiq Məmmədhəsənovun namizədliyi irəli sürülüb. R.Məmmədhəsənov 2010-cu ildə də bu dairədən deputat seçilib.
GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, SOCAR-ın idarə rəisi əslən tovuzludur və iddia edir ki, onun çoxlu pulu var və deputat seçilməyi ilə bağlı ona heç kim manne ola bilməz. Hər halda sakinlərin bizə verdikləri bu informasiyanı dəqiqləşdirdikdən sonra sizlərə bilgi verəcəyik.
2314 dəfə oxundu