Salyanlı iş adamı YAP-dan qovulacaqmı - ÖZƏL

Salyanlı iş adamı YAP-dan qovulacaqmı -


Hakim Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərin siyahısını açıqlayıb. Onların bir qismi artıq namizəd kimi qeydiyyatdan da keçiblər. YAP funksioneri Siyavuş Novruzov mətbuata açıqlamasında demişdi ki, YAP-ın siyahısından kənar deputatlığa namizədliyini irəli sürənlər partiyadan qovulacaqlar. GUNDEMİNFO.AZ-ın apardığı araşdırmalar zamanı bəlli olub ki, 59 saylı Salyan seçki dairəsindən deputatlığa namizədiş adamı olan YAP-çı var. Yusif Afət oğlu Ələkbərov bu dairədən deputatlığa namizədliyini irəli sürüb.

Mərkəzi Seçki Komissiyasının rəsmi saytında verilən məlumatdan da bəlli olur ki, Yusif Ələkbərov YAP-çıdır, lakin namizədliyini öz təşəbbüsü ilə irəli sürüb. Y.Ələkbərov "Salyan-çörək" ASC-nin direktorudur. Görəsən qeydiyyata alınmış bu YAP-çı olan iş adamı YAP-dan qovulacaqmı? Hər halda iş adamı deputat olmağı YAP-dan üstün tutub.

İş günü olmadığına görə YAP-dan mövzu ilə bağlı açıqlama almaq mümkün olmadı. Qarşı tərəfi də dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...