Pənah Hüseynin keçmiş rəqibi YAP-dan qovulacaq - 41 saylı dairədə böyük müəmma

Pənah Hüseynin keçmiş rəqibi  YAP-dan qovulacaq -


Sabirabad rayonunda anadan olmuş və 2005-ci ilin seçkilərində deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Mirzəcan Xəlilov partiyadan qovulacaq. Buna səbəb onun şəxsi təşəbbüsü ilə deputatlığa namizəd olmasıdır.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən bu dairədən YAP Leyla Abdullayeva namizədliyini irəli sürmüşdü. Bundan sonra da L.Əliyeva geri çəkildi. YAP-dan verilən açıqlamaya əsasən bu dairədən namizəd irəli sürülməyəcək. «Azərsutəchizat Tikinti» ASC-nin sədri olan Mirzəcan Xəlilov hazırda Sabirabad rayonunda Heydər Əliyev fondunun sədridir. O rayonda oliqarxməmur kimi tanınır. Məlumatlara əsasən 2005-ci ildəki acı məğlubiyyətindən sonra M.Xəlilov yenidən deputat olmaq qərarına gəlib və böyük ehtimalla da YAP Leyla Əliyevanın yerinə namizəd irəli sürmür.

GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, 63 saylı Sabirabad şəhər dairəsindən deputatlığa namizəd olmuş M.Xəlilov təkrarən öz rayonundan namizəd olmayıb. Hazırda 63 saylı dairədən YAP-ın namizədi Elçin Quliyevdir. Həmçinin bu dairədən Xalq Partiyasının sədri Pənah Hüseynin də namizədliyi qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
687 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...