Cavid Qurbanov Fəzail Bağırovu cəzalandıracaq?
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının sədri şəxsi mənafeyi üçün çalışır. Oğlanlarına möhtəşəm villalar tikdirən məmur QSC-yə məxsus "Lokomotiv" istirahət mərkəzinin bərbad vəziyyətə düşməsinə göz yumur
Həmkarlar ittifaqlarının birlikləri səlahiyyətlərinə uyğun işçilərin sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər.
Həmkarlar ittifaqı təşkilatları nizamnamə vəzifələrini və hüquqlarını qanunda nəzərdə tutulan səlahiyyətlərini həyata keçirmək, öz üzvlərini məlumatlandırmaq üçün kütləvi informasiya vasitələri və nəşriyyatlar təsis edə, dövlət və təsərrüfat orqanlarının vəzifəli şəxslərindən, işəgötürəndən dövlət, kommersiya və qanunla qorunan başqa sirr olmayan məlumatları tələb edə bilərlər. Azərbaycanda aparılan ardıcıl və sistemli iqtisadi islahatların mühüm nəticələrindən biri də nəqliyyatın bütün sahələrində, o cümlədən dəmir yolunda aparılan məqsədyönlü texniki-iqtisadi və sosial tədbirlərin həyata keçirilməsi oldu. Bu baxımdan, Azərbaycan Dövlət Dəmir Yolu rəhbərliyi prezidentin 24 noyabr 2003-cü il tarixli Fərmanını əldə rəhbər tutaraq geniş kollegiya müşavirəsi keçirmiş, bütün təsərrüfat rəhbərlərinin iştirakı ilə hazırlanan və kollegial qaydada təsdiq edilən Tədbirlər Proqramından irəli gələn əsas vəzifələrdən biri də dəmir yolunun bütün sahələrinin mövcud potensialından səmərəli istifadə edilməsi, texniki-iqtisadi və sosial vəziyyətin yaxşılaşdırılması istiqamətlərində müəyyən irəliləyişlərə nail olunmuşdur. Bu məqsədlə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı yaradılıb. Son vaxtlar ittifaqın sədri Fəzail Bağırovla bağlı bəzi ilginc məlumatlar yayılmağa başlayıb.
Etibarlı mənbələrin redaksiyamıza verdiyi məlumatlara görə, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı dəmiryoçuların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynaya bilmir: "İttifaqın sədri Fəzail Bağırovdan şikayətlər durmadan artır. Buna səbəb dəmiryolçuların lazımi səviyyədə istirahət edə bilməməsi və bəzi imkanlardan məhrum olmasıdır. Dəmiryolçuların istirahət edə bilməsi üçün Nabranda "Lokomotiv" istirahət mərkəzi fəaliyyət göstərir. Mərkəz 2008-ci ildə inşa olunub. Aradan bir neçə il keçdikdən sonra bərbad vəziyyətə düşüb. Ona görə ki, tikinti işləri istənilən səviyyədə həyata keçirilməyib. Deyilənə görə, istirahət mərkəzi tikilən zaman tikinti xərcləri şişirdilib və ucuz materiallardan istifadə olunub. Bu işdə Fəzail Bağırovun maraqlı olduğu deyilir. İttifaq sədri büdcə vəsaitlərinin bir hissəsini təyinatı üzrə xərcləməyib. Bunun ardınca Nabranda oğlanları Ruslan və Aqil Bağırovlara iki möhtəşəm villa tikdirib. Sədrin bu işləri aylıq vəzifə maaşı ilə görməsi qeyri-mümkündür.
Axı o nə maaş alır ki, milyonluq villalar tikdirə? Dəmir yolu nəqliyyatında çalışan işçilər hər il eyni problemlə üzləşirlər. Belə ki, bu sahədə işləyən insanlar "putyovka" ala bilmirlər. Mütləq ittifaq sədrinə "qiymətli kağız" verməlisən. "Lokomotiv" istirahət mərkəzi baxımsız halda qaldığı üçün acınacaqlı günlərini yaşayır. İttifaq sədri vaqonlarda istifadə olunan yataq dəstlərindən yararlanır. Belə ki, istirahət mərkəzinin bütün otaqlarında məhz bu yataqlardan istifadə olunur. Bir sözlə, uzun müddətdir vəzifədə oturan ittifaq sədri sırf öz mənafeyini fikirləşir. Buna görə də dəmiryolçuların istirahəti üçün nəzərdə tutulan mərkəz məhv olmaq üzrədir". Gələn saylarımızda "Azərbaycan Dəmir Yolları" QSC-nin Yol Təsərrüfatı İdarəsində baş mühasib işləyən Həcər Məmmədovanın adının hallandırıldığı 2 milyonluq yeyinti, Hökməlidə tikilən villa, Zahid Xəlilov küçəsindəki bahalı mənzillər, dayıqızı ilə yaranan problemlər və digər qanunsuzluqlar barədə şok faktları açıqlayacağıq. Bizi izləyin.
P.S. İnanırıq ki, QSC sədri Cavid Qurbanov illərdir vəzifə tutan Fəzail Bağırovu bu əməllərinə görə cəzalandıracaq.
P.P.S. Abbas Abbasovun hansı qohumları QSC-də yüksək vəsifəyə gətirilib.
(Davamı mütləq olacaq) /Gundelik Bakı/
2837 dəfə oxundu