Azay Quliyevin qərargahından təxribat bəyanatı

Azay Quliyevin qərargahından təxribat bəyanatı


8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olan Azay Quliyevin seçkii qərargahı təşkil olunmuş təxribat qrupu haqda məlumat yayıb. Musavat.com-a daxil olan məlumatda deyilir:

"Bəzi namizədlər in yaratdığı təxribat qrupu sosial şəbəkələr üzərindən saxta materiallar yayırlar. Belə təxribatlardan biri də Azay Quliyevin adı işarələnmiş bülletenlərin şəklini çəkərək guya onun seçiciyə pulla verildiyi haqda dezinformasiyalar yayırlar.
Eyni zamanda, əldə etdiyimiz məlumata görə bu qrup Azay Quliyevn adı işarələnmiş saxta bülletenlər hazırlayaraq onları tək-tək və topa şəklində seçki qutularına atmağa cəhd göstərərək, seçki prosesinin demokratikliyinə xələl gətirməyə çalışırlar.
Daxil olan digər məlumata görə təxribatçı qrup guya inzibati resurslardan və “karusel” üsulundan istifadə etməklə seçicilərin kütləvi şəkildə məntəqələrə gətirilməsi haqda saxta məlumatlar yaymağı da planlaşdırırlar.

Bu hallarla bağlı biz artıq, yerli və beynəlxalq müşahidəçiləri məlumatlandırmışıq.
Azay Quliyevin Seçki Qərargahı bu kimi qanunazidd əməlllərin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə MSK, 8 saylı DSK və hüquq-mühafizə orqanlarına müraciət edib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...