Azərbaycan bu gün yeni parlamentini seçir: ilk rəqəmlər məlumdur

Azərbaycan bu gün yeni parlamentini seçir:


Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı növbəti rəsmi məlumat açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 12:00-a qədər olan məlumata görə, respublika üzrə 1 468 205 seçici səs verib, bu, 28,2 faiz seçici fəallığı deməkdir.

Ölkə üzrə seçicilərin ümumi sayı 5 198 658 nəfərdir.

* * * 10:21

Bu gün Azərbaycanda V çağırış Milli Məclisə seçkilər keçirilir.

Artıq saat 07:50-də məntəqələr seçki komissiyalarının sədrləri tərəfindən açıq elan edilib və seçki qutuları möhürlənib. MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək. Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503-ü beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birgə “exit-poll” keçirir.
Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Saat 10:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə 667732 seçici səs verib.

Bunu Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı ilkin məlumatı açıqlayarkən deyib.
Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 12.8 faiz təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...