Müşfiq Rəhimovun OO «biznesi»- QİYMƏT CƏDVƏLİ

Müşfiq Rəhimovun OO «biznesi»-


İmtahan Qeydiyyat şöbəsinin rəis müavini alış məbləğini 100 min manata qaldırıb. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) tərkibində fəaliyyət göstərən və dövlət nömrə nişanlarından tutmuş sürücülük vəsiqəsi verməyə qədər böyük bir prosesi həyata keçirən İmtahan Qeydiyyat Şöbəsində yeni «bazar» açılıb. JAM.AZ-a verilən məlumata görə, şöbənin rəis müavini Müşfiq Rəhimov artıq yeni qazanc mənbələri əldə edib və onun reallaşdırmağa başlayıb.

Həmin məlumatda vurğulanır ki, indiyə qədər OO hərfləri ilə başlayan dövlət nömrə nişanları satışdan çıxarılmışdı. Bəzi bilgilərə görə, OO seriyalı nömrələrin satışının həyata keçirilməməsi onun yalnız bir məmura və ya onların qohumlarına aid olması olub.

JAM.AZ xəbər verir ki, Müşfiq Rəhimov isə artıq bu seriyalı nömrələri də satışa çıxarıb. Buna səbəb isə həmin seriyalı nömrələri alanların çoxluğu, ən əsası isə ölkədə aranın qarışmasından sui istifadə edilməsidir.

Verilən məlumatlarda iddia olunur ki, şöbənin rəis müavini artıq OO seriyası ilə başlayan nömrələrə qiymət də müəyyən edib. Həmin cədvəli oxuculara təqdim edirik:

- 10 OO 020 (30, 40, 50, 60, 70, 80, 90) dövlət nömrə nişanlarının qiyməti hazırda 20-25 min manat təşkil edir;
- 10 OO 002 (3, 4, 5, 6, 7, 8, 9) dövlət nömrə nişanları 80-100 min manat aralığında qiymət dəyişdirir;
- 10 OO və sonluğu sadə rəqəmlərlə bitən dövləğ nömrə nişanlarının qiymətləri isə xeyli aşağıdır. Məsələn, 10 OO 784, 871 və sairə nömrələr «bazar»da 4500-5000 manat aralığında qiymət dəyişdirir.
- 10 OO 022 (33, 44, 55, 66, 77, 88, 99) dövlət nömrə nişanları üçün müəyyən edilmiş qiymət 4500-5000 manat aralığndadır.
- 10 OO 200 (300, 400, 500, 600, 700, 800, 900) dövlət nömrə nişanlarına gəldikdə isə Müşfiq Rəhimov bunun üçün 50 min manat qiymət müəyyən edib.

JAM.AZ-a verilən məlumata görə, İmtahan Qeydiyyat Şöbəsinin rəis müavini 10 OO 100 mg 10 OO 010 dövlət nömrə nişanlarına qiymət qoymayıb. Daha doğrusu, onu hərraca çıxarıb və kimin alacağını gözləyir. Bu rəqəmin bir neçə yüz min manatı təşkil edəcəyi gözlənilir.

Nəzərinizə çatdıraq ki, BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin «bazar»ındakı «mal»ların qiymətləri təkcə bununla da bitmir. Həmçinin 90 OO dövlət nömrə nişanlarının da satışı müvəqqəti dayandırılıb. Və 10 seriyası ilə başlayan nömrələrin satışı başa çatdıqdan sonra 90-la olan nömrələrin satışına start veriləcək.

P.S. Müşfiq Rəhimovun MTN-nin hansı yüksək çinli zabiti ilə «Nar Şərab» restoranında görüşdüyü, bu nazirliyə bahalı nömrələrin satışı ilə əlaqədar adı ortalıqda hallanan MTN-in əsas fiquru kim olub? Bizi izləyin…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2070 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...