Ziya Məmmədovun icra başçısı olan kadrı haqda şok İDDİA

Milli Təhlükəsizlik Nazirliyində baş verən proseslərin nəqliyyat naziri Ziya Məmmədov haqda xəbərləri müəyyən qədər arxa plana keçirməsi, səlahiyyətsizləşdirilən nəqliyyat şefinə bağlı olan bəzi icra başçılarını da ruhalandırıb.
Bu barədə Mia.az-a verilən məlumata görə, Ziya Məmmədova bağlı olan saytların "Dövlət Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanova hücuma keçməsi ilə MTN ətrafında baş verən həbsetmələrin üst-üstə düşməsi, bu ruhlanmada böyük rol oynayıb. Bununla bərabər, nəqliyyat nazirinin vətəndaşlarla görüşdə jurnalistlərə yaxınlaşaraq, meydan oxuyurmuş kimi gülə-gülə «Bəs, deyirdiniz Ziya Məmmədov qaçıb» sual etməsi də, onun komandasına sanki bir dirçəliş mesajı oldu. Yəni «rahat olun, kimsə bizə toxuna bilməz» anlamı daşıyan həm sətiraltı sualın yaratdığı gözlənti isə özünə çox ləngitmədi. Artıq Ziya Məmmədovun komandasına daxil olan məmurlar, xüsusiylə rayon icra başçıları «affekt vəziyyət»indən çıxaraq, yenidən büdcə talamalarına başlayıblar:
«Bəli, Ziya Məmmədovun yaxından dəstəyi ilə icra başçısı, deputat və digər vəzifə sahiblərinə çevrilənlər yendən «qolları»nı çırmalayıblar. Bunların arasında Qubanın, Ucarın, Zərdabın, Göyçayın icra başçılarının adını çəkmək olar.
Məsələn, oktyabrın 8-də Prezident İlham Əliyev Göyçay və Ucar rayonlarında çoxmərtəbəli binaların əsaslı təmiri ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamlara əsasən, Göyçay və Ucar rayonlarının İcra Hakimiyyətlərinin hər birinə çoxmərtəbəli binalarının əsaslı təmiri üçün 3 milyon manat pul ayrılıb. Sərəncamların verilməsindən təxminən bir aya yıxın vaxt ötüb.
Ancaq araşdırsanız görərsiniz ki, adıçəkilən rayonlarda nəinki 3 milyonluq işə start verilib, heç 30 minlik işə başlanılmayıb.
Göyçayın icra başçısı isə bir qədər də irəli gedərək, ayrıla 3 milyonu çoxdan özünə yaxın sahibkarlar arasında bölüşdürüb. O, sərəncamla ayrılan pulu təyinatından kənar sahələrdə iş gördürdüyü sahibkarların sərəncamına verəcəyini hələ bir neçə ay əvvəl görüşlərində də söyləmişdi. Dəqiq sizə deyirəm ki, icra başçısı həmin pulun bir hissəsini şişirdilmiş qiymətlərlə rayondaxili yoların ışıqlandırılması məqsədiylə aldığı yeni dirəklərə və görülən işlərə sərf etməkdədir. Qalan vəsait isə hələ aylar əvvəl yaşayış binalarının yanan materiallarla üzlənməsinə xərc çəkən sahibkarlara veriləcək.
Yəni Mübariz Ağayev qarşıdakı işlərə deyil, başçısı təyin edildiyi aylarda gördüyü işlərə artıqlaması ilə pul silməklə məşğuldur. Bütün bunları nəzərə alaraq, hesab edirəm prezident sərəncamlarının icrasına nəzarəti həyata keçirən Maliyyə Nazirliyi bu pulların təyinatına uyğun xərclənməsini nəzarəti gücləndirməli və faktarı araşdırmalıdır...».
518 dəfə oxundu